İspaniyanın Toledo əyalətinin Mosexon şəhərində futbol meydanında 11 yaşlı uşağı bıçaqlayaraq öldürmüş şəxs həbs edilib.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Həbs Mosexon şəhərində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərindən sonra Mülki Qvardiya tərəfindən həyata keçirilib, nəticədə 20 yaşlı ispan həbs edilib.
Xatırladaq ki, avqustun 18-də İspaniya vaxtı ilə saat 10:00 radələrində kapüşonlu şəxs futbol meydanına çıxaraq, idmanla məşğul olan uşağa naməlum səbəblərdən onlarla bıçaq xəsarəti yetirib. Həkimlərin səyinə rəğmən, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, qatil olduğu iddia edilən şəxs idman mərkəzinin müşahidə kameralarının, həmçinin GPS-dən istifadə edilərək, mobil telefonunun yeri müəyyən edilməklə tapılıb.
“El Debate” dərgisinə istinadən istinadən bildirir ki, Toledo əyalətinin 3 saylı İstintaq Məhkəməsi yerli vaxtla saat 16:30 radələrində qətl silahının axtarışı üçün qatilin qohumlarının evlərində axtarış aparılmasına göstəriş verib. Hüquq-mühafizə orqanları qəbiristanlığın ətrafında da axtarış aparıblar, belə ki, qəbiristanlığın arxasında qətl alətinin atıla biləcəyi kanallar var. Şübhəli şəxs Madriddə anası ilə yaşasa da, atasının və nənə və babasının şəhərdə evləri var. İstintaq itlər dəstəsinin köməyi ilə bu evlərdə axtarış aparıb.
Şübhəlini müvafiq sarsıdıcı davranışa sövq etmiş əsas məlum deyil, amma bu şəxsin psixi fəsadlarının olması da istisna edilmir. Mülki Qvardiyadakı mənbələrdən verilmiş məlumata görə, təqsirləndirilən şəxs il yarım əvvəl evdən qaçıb, nəticədə axtarışa verilib.
Hazırda araşdırma davam edir.