İspaniyada futbol xuliqanları həbs edildi

Polis İspaniya Kral Kubokunun yarımfinalında “Atletik” – “Atletiko” (Madrid) cavab oyununda (3:0) iğtişaşlar törətmiş 5 azarkeşi həbs edib.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, bu xuliqan azarkeşlər “Atletiko” azarkeşlərinə hücum etmək, onlara xəsarət yetirmək, hədə-qorxu gəlmək və binalara ziyan vurmaqda ittiham edilirlər.

Hazırda bu beş nəfər polis bölməsindədir və onlar işlərinin məhkəməyə çatdırılmasını gözləyirlər. Yeni həbslərin mümkün olacağı vurğulanır. Belə ki, dindirilmə və təhqiqat zamanı bu “lotular” hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verərkən, “həmkarlarını” da “yük yerinə qoyublar”.

Xatırladaq ki, bu komandalar arasında ilk oyun Bilbao təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Beləliklə, iki görüşün cəminə əsasən, “döşəkçilər”i 4:0 hesabı ilə məğlub etmiş “Atletik” “Malyorka” ilə qarşılaşacağı İspaniya Kral Kubokunun finalına yüksəlib.

Final oyunu aprelin 6-da baş tutacaq.