İtaliya futbol tarixinin ən yaxşı məşqçisi açıqlandı

Məşhur Avropa nəşri “FourFourTwo” futbol tarixinin ən yaxşı italyan məşqçilərindən ibarət siyahısını dərc edib.

Arena.az məlumat verir ki, siyahının zirvəsində “Real”ın baş məşqçisi Karlo Ançelotti yer alıb:

“Ançelotti tarixin ən nüfuzlu italyan məşqçisi olmaya bilər, amma o, şübhəsiz ki, ən uğurludur. O, taktiki cəhətdən ağıllı və çoxyönlüdür. Karlo müxtəlif heyətlərə uyğunlaşmaqda ustadır və insanları mükəmməl idarəetmə bacarığı ilə sabit olaraq komandalarından ən yaxşı nəticələri əldə edir.

“Milan” və “Real”la dəfələrlə Çempionlar Liqasının qalibi olmuş İtaliya yığmasının yarımmüdafiəçisi, eyni zamanda “Milan”, “Real”, “Çelsi”, “PSJ” və “Bayern”lə Avropanın ən yaxşı beş liqasında çempionluq qənimətini qazanmuş ilk məşqçi olub”, – nəşrin bəyanatında deyilir.

“FourFourTwo” nəşrinə görə 5 ən yaxşı italyan baş məşqçini təqdim edirik:

  1. Karlo Ançelotti;
  2. Covanni Trapattoni;
  3. Arriqo Sakki;
  4. Fabio Kapello;
  5. Vittorio Potso.