İtaliyanın “Sampdoriya” klubunun bir üzvündə koronavirus aşkarlanıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Testi pozitiv çıxan şəxsin adı və vəzifəsi açıqlanmayıb. O, karantinə alınıb.
“Sampdoriya” İtaliya A Seriyasının 25-ci turu çərçivəsində bu gün səfərdə “Cenoa” ilə qarşılaşacaq. Oyuna saat 23:45-də start veriləcək.