Jan-Kler Todibo rəsmən Fransa klubunda

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi İspaniya “Barselona”sının müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. “Nitsa” 21 yaşlı futbolçunu satınalmaq şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Fransanın “Tuluza” klubunun yetirməsi olan Todibo, 2019-cu ildə “Barselona”ya transfer edilsə də, Kataloniya təmsilçisində möhkəmlənə bilmirdi. Bu üzdən Todibo daha öncə “Şalke” və “Benfika”da da icarədə oynayıb.