“Barselona”nın sabiq mərkəz müdafiəçisi Jerar Pike “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland haqda fikirlərini paylaşıb.
Arena.az Pikenin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, onun potensialı böyükdür. Lionel Messi və Kristiano Ronaldo səviyyəsinə çatmaq üçün onun uzun bir yolu var. Haland çoxlu qənimətlər qazanmalıdır. O, növbəti 15, 17, 20 il ərzində bunu etməlidir, bu asan deyil.
Haland hələ çox gəncdir, perspektivlidir, amma yenə də düşünürəm ki, o, bu ikisindən uzaqdır”, deyə Pike vurğulayıb.
Jerar Pike hazırda “İnter Mayami”də çıxış edən, “blauqrana”nın sabiq hücumçusu, argentinalı ulduz Lionel Messini ilk dəfə gördüyü anı da xatırlayıb. İspan futbolçunun bu barədə xatirəsini təqdim edirik:
“Leo” keçid edərkən çox kiçik, inanılmaz dərəcədə kiçik və həddindən artıq arıq idi. İlk görəndə fikirləşirdik ki, ona toxunsaq, məhv edəcəyik, odur ki, diqqətli olmaq lazım gəlirdi”, deyə Pike xatırlayıb.