Jerar Pike Şakiradan ayrıldı – Xəyanətə görə

İspaniyanın “Barselona” komandasının kapitanı Jerar Pike sevgilisi Şakiradan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Ayrılığa xəyanətin səbəb olduğu bildirilir. İddialara görə, Şakira Pikenin başqa bir xanımla münasibətdə olduğunu öyrənib. Bu hadisədən sonra isə futbolçu Barselonadakı evinə köçüb. Cütlüyün münasibətlərində mart ayından etibarən problem yaşandığı bildirilir.

Daha bir iddiaya görə, Pike “Barselona”dakı komanda yoldaşı Qavinin anası ilə gizli eşq yaşayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Uzun müddətdir görüşən qadın və futbolçu bu münasibəti çox gizlədə bilməyib. Onların eşq macərasından xəbər tutan Şakira ayrılıq qərarı alıb.

Pikenin bir müddətdir köhnə evində tək yaşadığı iddia olunur. Futbolçunun tez-tez gecə klublarında görüntüləndiyi bildirilir.

Xatırladaq ki, Jerar Pike ilə Şakira 2011-ci ildən vətəndaş nikahında yaşayır. Onların iki övladı var.