Jeremi Frimponq müdafiəçi üçün müstəsna nailiyyətə imza atdı

Bundesliqanın 24-cü tur “Köln”ə qarşı səfər oyunu (0:2) “Bayer”in hollandiyalı sağ cinah müdafiəçisi Jeremi Frimponq üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda Frimponq komandasının ilk qolunu vurub.

Beləliklə bu qol Fimponqun cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlar çərçivəsində vurduğu 10-cu qol olub. Üstəlik, cinah müdafiəçisinin hesabında 10 məhsuldar ötürmə də var ki, bu da müvafiq mövqedə oynayan bir futbolçu üçün məhsuldarlıq baxımından çox yüksək nəticədir.

Jeremi Frimponq “Mançester Siti”nin yetirməsidir. Ancaq “şəhərlilər”in əsas komandasında debüt imkanı qazanmayıb və U-23 komandasında ikən “Seltik”ə transfer edilib. “Bayer” Frimponqu 2021-ci ilin yanvarında 11 milyon avro məbləğ müqabilində “Seltik”dən öz heyətinə qatıb.

Cari mövsümdə Frimponq “Bayer”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb və artıq qeyd etdiyimiz kimi, bütün yarışlarda 10 qol və eyni sayda məhsuldar ötürmə ilə bir cinah müdafiəçisi üçün yüksək sayıla biləcək məhsuldarlıqla fərqlənib.

Jeremi Frimponqun qənimətlər muzeyində 2019/2020 mövsümndə “Seltik”lə qazandığı Şotlandiya çempionluğu, Şotlandiya Kuboku və Şotlandiya Liqa Kuboku var.

Jeremi Frimponq 2023-cü ilin oktyabrında Niderland yığmasının heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” interner-portalı 23 yaşlı hollandiyalı sağ cinah müdafiəçisi Jeremi Frimponqun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Bayer” Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Bu komandalar arasındakı ilk oyun martın 7-də Azərbaycanda, cavab qarşılaşması ayın 14-də Leverkuzendə keçiriləcək.