Jesse Sekidika “Sabah”dakı hədəflərini açıqladı

“Sabah”ın yeni transferi Jesse Sekidika Azərbaycan Premyer Liqasında mübarizə aparan bu kluba transferi haqda danışıb.

Arena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı futbolçu yeni klubundan gözləntilərindən söz açıb:

“Burada olduğum üçün xoşbəxtəm. “Sabah”da məni səmimi qarşıladılar. Hamı mənimlə çox mehribandır.

“Sabah” mənim üçün yeni başlanğıcdır. Yeni klubda vəzifəm bu mövsüm uğurlu çıxış etmək və komanda ilə avrokuboklarda iştirak etməkdir. Yeni komandamın potensialını görürəm”.

Xatırladaq ki, Jesse Sekidika “Sabah”la 2+1 illik müqaviləyə imza atıb. 27 yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Napredak” (2015-2018), Türkiyənin “Əskişəhərspor” (2018-2020), “Qalatasaray” (2020-2021), “Konyaspor” (2021), “Eyüpspor” (2022), “Ümraniyəspor” (2023) və Belçikanın “Leven” (2021) klublarında oynayıb. O, “Sabah”da 70 nömrəli forma altında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: