“Jirona” “Real”ın çərçivəsinə bir zərbə belə, vura bilmədi

La Liqanın 24-cü turunun mərkəzi oyununda səfərdə “Real”a 0:4 hesabı ilə məğlub olmuş “Jirona” nadir uğursuzluq yaşayıb.

Arena.az məlumat verir ki, oyun boyu “Jirona” “Real”ın çərçivəsinə bir zərbə belə endirə bilməyib.

Kataloniya təmsilçisi qapı istiqamətində isə 3 qeyri-dəqiq zərbə vurub.

Vurğulayaq ki, “Real” bu oyunda mərkəz müdafiəçiləri mövqeyində “dayaqçı” Orelyen Tçuameni və sağ cinah müdafiəçisi Daniel Karvaxalın xidmətlərindən istifadə etməli olub. Belə ki, “qaymaqlılar”ın mərkəz müdafiəçiləri zədə səbəbindən baş məşqçi Karlo Ançelotti üçün əlçatmaz olublar. Məhz bu səbəbdən italyan mütəxəssis müvafiq seçim etməli olub.

Mərkəzi oyunda vacib qələbə sayəsində “Real” La Liqanın turnir cədvəlində mövqeyini möhkəmlədib. “Kral klubu” 24 oyundan 61 xalla liderdir. “Jirona” isə 56 xalla 2-ci pillədə qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: