“Jirona” La Liqanın 24-cü turu çərçivəsində “Real”la oyun öncəsi Madriddə əzmkar çağırış məzmunlu nəhəng lövhə asıb.
Arena.az məlumat verir ki, lövhə üzərində yazılmış “Xülasə – hələ son demək deyil” ifadəsi Kataloniya təmsilçisini ruhlandırmaq məqsədi daşıyır.
Xatırladaq ki, “Jirona”nın baş məşqçisi Miçel Anxel La Liqanın 23-cü turu çərçivəsində evdə “Real Sosyedad”la oyunun (0:0) 89-cu dəqiqədə meydandan qovulub. Miçel Anxel 2 oyunluq cəzalanıb və komandasının “Real”a qarşı oyunun tribunalardan izləməli olacaq.
Komandaların birinci dövrədəki oyunu “Real”ın 3:0 hesablı səfər qələbəsi ilə başa çatıb.
“Real” “Jirona”nı fevralın 10-da “Santyaqo Bernabeu”da qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Daha bir əhəmiyyətli məqam bu qarşılaşmanın turun mərkəzi görüşü olmasıdır. Belə ki, “Real” 58 xalla La Liqanın lideridor. Jironalılar isə 56 xalla təqibçi qismindədirlər. Tərəflərin hər hansı birinin büdrəməsi çempionluq yolunda böyük psixoloji əngələ çevrilə bilər.



