Joan Laporta “Barselona”nın baş məşqçisi və heyətindən razıdır

“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, klub mövcud komanda heyətindən və komandanın baş məşqçisindən razıdır.

Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən, klub prezidentinin bu barədə fikrini təqdim edir:

“Biz məşqçidən və komandamızdan çox razıyıq. Biz həm də çox fəxr edirik, çünki “La Masiya” idman layihəmizin əsasını təşkil edir”, deyə Laporta vurğulayıb.

“Barselona”nın prezidenti polyak mərkəz hücumçusu Robert Levandovskinin çıxışına da toxunub:

“Mən görürəm ki, Levandovski həmişəkindən daha şövqlüdür. Ona bu yeni axın gərək idi. O, kluba sadiq oyunçudur”.

Joan Laporta onu da bildirib ki, türkəsilli almaniyalı yarımmüdafiəçi İlkay Günodğanın “Mançester Siti”yə geri dönüşü maliyyə xüsuslu seçim deyil:

“Bu, futbolçunun və klubun idman qərarı idi. Eşitmişəm ki, bu, maliyyə xüsuslu qərar ola bilər, amma bu, belə deyil”, deyə Laporta vurğulayıb.

Xatırladaq ki, “Barselona” yeni baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikin rəhbərliyi altında yeni mövsümə inamla başlayıb. “Blauqrana” La Liqanın yeni mövsümünün ilk dörd turundan mütləq nəticə – 12 xal qazanıb və yarış cədvəlinin vahid lideridir.

Həmçinin, Kataloniya nəhəngi klubun futbol akademiyasının yetirmələri hesabına inkişaf xətti tutub və bunu uğurla davam etdirir.