“Barselona”nın prezidenti Joan Laporta “Real”ın rəhbəri Florentino Peresə necə münasibət bəslməsi haqda sualı cavablayıb.
Arnea.az “Mundo Deportivo” nəşrinə istinadən, Laportanın bu barədə cavabını təqdim edir:
“Bu gün Madridlə yaxşı münasibətlərimiz yoxdur. Peres “Neqreyra işi”ndə iştirak edib və etdiyi iş aberrasiyadır (səhv, xəta, adi yoldan kənarçıxma – redaktorun qeydi). O, heç bir sübut olmasa da, istintaqın uzadılmasını xahiş edib və onlar heç nə tapmayacaqlar, çünki heç nə də yoxdur. Sübut kimi təqdim edilən hesabatlar və videolarla texniki arbitraj məsləhəti aparılıb. Amma sonra onlar (“Real” təmsilçiləri) burada peyda olub işi fəal saxlamağa çalışırlar ki, özlərinin təbliğ etdikləri fikirləri, yəni “Barsa”nın hakimlərə təsir göstərməyə çalışmasını davam etdirə bilsinlər. Düşünürəm ki, onların oynadıqları ikili oyun səhvdir”, deyə Joan Laporta Florentino Peresə heç də yaxşı münasibət bəsləmədiyini başa düşməyə imkan verib.
Xatırladaq ki, “Barselona” İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya bir neçə il ərzində rüşvət verməkdə ittiham edilib. Hazırda bu ittiham üzrə iş hələ də fəaldır.


