“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın yeni baş məşqçisi Hans-Diter Flikin işini qiymətləndirib.
Arena.az AS dərgisinə istinadən, ispan futbol məmurunun alman mütəxəssis haqda bu fikrini təqdim edir:
“Flik inanılmaz bir iş görür. O, uzun müddət “Barsa”nı öyrənib. Biz “La Masia”ya (“Barselona”nın futbol akademiyası – redaktorun qeydi) zərurətdən deyil, inamımızdan bağlıyıq. İndi komandanın heyəti bizim iş başına gəldiyimiz vaxtdan daha böyük bazar dəyərinə malikdir. Bu isə həm də iqtisadiyyatın bərpası üçün vacibdir”, deyə Joan Laporta məmnunluqla bildirib.
Hansi Flikin rəhbərli altında “Barselona” La Liqanın ilk 7 turunda qələbələri sıralayıb və hazırda 21 xalla yarış cədvəlinin zirvəsində yer alıb.
Xatırladaq ki, alman mütəxəssis Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 8 oyuna 7 qələbə qazanıb və 1 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 24:7 nisbətindədir.