Joao Feliksin xidmətində maraqlı deyil – “Çelsi”

İngiltərənin “Çelsi” klubu Madrid “Atletiko”sundan icarə əsasında heyətinə qatdığı Joao Feliksin xidmətində daha maraqlı deyil.

Arena.az xəbər verir ki, bu barədə məşhur italyan futbol jurnalisti Fabrisio Romano “Twitter” hesabında məlumat paylaşıb.

O, Joao Feliksin “Atletiko”ya dönəcəyini qeyd edib. Romano hətta İspaniya klubunun prezidenti Enriko Serezonun bu xüsusda fikirlərini də diqqətə çatdırıb:

“Bizə bildirdilər ki, Poç (Maurisio Poçettino, “Çelsi”nin yeni baş məşqçisi) Joao Feliksdə maraqlı deyil. O, bura qayıdacaq, baxacağıq… Biz heç nəyi planlamamışdıq”.

Joao Feliks “Çelsi”yə cari ilin yanvarında icarə əsasında qoşulub. Müqavilə 2022/2023 mövsümünün sonuna qədər nəzərdə tutulub. Futbolçu “zadəganlar”ın heyətində 20 oyun keçirib, 4 qol vurub.

Vurğulayaq ki, Joao Feliks “Çelsi”də özünün debüt oyununda qırmızı vərəqə alması ilə gündəmə gəlmişdi.