Joao Kanselo “Mançester Siti” ilə yeni müqavilə bağladı

İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Joao Kanselo ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Joao Kanselo 2019-cu ilin yayından “Mançester Siti”də çıxış edir. Portuqaliyalı müdafiəçi bu komandanın heyətində bütövlükdə 106 matça çıxıb, 8 qola imza atıb. “Benfika”nın yetirməsi olan futbolçu, bu komanda ilə yanaşı, “Valensiya”, “Yuventus” və Milan “İnter”ində də çıxış edib. Portuqaliya yığmasında 31 matça çıxan müdafiəçi, 5 qol da vurub.