Joao Mario rəsmən “Benfika”da!

İtaliya “İnter”i ilə yolları ayrılan portuqaliyalı futbolçu Joao Mario, gözlənildiyi kimi, “Benfika” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Portuqaliya mətbuatının yazdığına görə, futbolçu bu komandada ilinə 2 milyon avro qazanacaq.

Joao Mario 2016-cı ildən “İnter”də oynayırdı. Lakin o, son mövsümləri icarə əsasında İngiltərənin “Vest Hem”, Rusiyanın “Lokomotiv” (Moskva) və Portuqaliyanın “Sportinq” klublarında keçirib. Portuqaliyalı futbolçu Milan təmsilçisində keçirdiyi 69 oyunda 4 qolla yadda qalıb. “Sportinq”in yetirməsi olan yarımmüdafiəçi, “İnter”ə transfer olunana qədər “Vitoriya Setubal”da da icarədə oynayıb.

Portuqaliya yığmasının da üzvü olan Joao, millidə keçirdiyi 45 oyunda 2 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: