“Roma”nın baş məşqçisi Joze Mourinyo mayın 31-də Avropa Liqasının finalında “Sevilya”ya qarşı keçirəcəkləri oyun haqda danışıb.
Arena.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis gözləntilərini ifadə etməklə yanaşı, özü və futbola baxışları haqda danışıb.
O, yenə özünəməxsusluğu ilə yenə də diqqət çəkib:
“Roma – futbol şəhəridir. Burada nə isə böyük bir şeyə aid olmaq hissini duyursan. Mən keçmişdə nə olduğu haqda düşünmürəm, keçmiş – keçmişdir. Mənim fəlsəfəm və mənim sirrim – gələcəyə baxmaqdır. Bu final – yeni finaldır. Mən daha şəxsi nailiyyətlər haqqında düşünmürəm. Karyeramın bu dönəmində mən “Roma” azarkeşlərinə nə hədiyyə edə biləcəyim haqda düşünürəm.
İnsanlar, güman ki, düşünürlər, mən olduğumdan daha yaşlıyam, çünki mən artıq çoxdan futboldayam və bir də mənim ağ saçlarımdan bilirlər. Ancaq mən dairəni qapayacaq qədər də qoca deyiləm. Siz məni hələ çox görməli olacaqsınız.
Düşünmürəm ki, uğurun hansısa sirrləri var. Futolda da hər şeydə olduğu kimidir. Hər şeydən öncə insani münasibətlərdir. Elə, eyni şeyi də mən oyunçularıma deyirəm – həmişə sonacan can qoymaq lazımdır. Bu səbəbdən “Roma”nın azarkeşləri bizə hörmət bəsləyir və çox dəstəkləyirlər. Biz tarixə düşmək üçün hər gün səylə çalışırıq. Dübarə avropakubokun finalına çıxmaq ancaq böyük klubların gücündədir və hətta onlar belə, nadil hallarda uğur qazana bilirlər. Nə deyim, bizim üçün qələbə qazanmaq çox vacibdir”.
Xatırladaq ki, Joze Mourinyo “Roma”nı ötən mövsüm Avropa Konfrans Liqasının finalına çıxarmış və qələbə qazandırmışdı. Bu mövsüm isə eyni uğuru Avroliqada təkrarlamaq arzusundadır.