Joze Mourinyo niyə milli komanda çalışdırmaq istəmədiyini açıqladı

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo milli komandanı hansı şərtlər altında çalışdıra biləcəyini açıqlayıb.

Arena.az jurnalst Alfredo Pedullanın saytına istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim məqsədim – “Fənərbaxça”da uğur qazanmaqdır. Klub mənim burada uzun müddət qalmağımı istəyir. Əvvəllər milli komandalardan təklif almışdım, bunları rədd etdim. Bu, məni xoşbəxt edəcək bir iş deyil: ayda bir və ya iki oyun, oyunçuların oyunlarına səyahət, yarışları güdüb-gözləmək. İndi çox güc-qüvvəm var. Bəlkə bir gün qocalanda və yorulanda milli komandanı çalışdıracağam, amma o məqam yetişməyib”, deyə “Mour” özünəməxsus tərzdə vurğulayıb.

Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyuluna “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.