“Kəpəz” 6:0-la 60-cı qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin “Ağdaş”la oyunu “Kəpəz” üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycan Kubokunda 60-cı qələbəsini qazanıb.

Sözügedən komanda “Ağdaş”la səfər matçındakı 6:0 hesablı qələbə ilə “60”a çatıb. Bunun üçün Qərb təmsilçisinə 107 oyun lazım gəlib.

“Kəpəz” həm də səfərdəki kubok görüşlərində 25-ci dəfə qalib gəlib. Bu, rəqib meydanlarındakı 52-ci matçda qeydə alınıb.

Qeyd edək ki, Gəncə klubuna qədər yalnız “Qarabağ” və “Neftçi” kubokdakı qələbə sayında “60”ı geridə qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaş: