“Kəpəz” Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı “Araz-Naxçıvan”la oyuna 4 itki ilə çıxacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçi Yeqor Xvalko, yarımmüdafiəçilər Mate Kvirkviya və Elmir Tağıyev cəzalıdırlar. Gürcüstandan olan digər yarımmüdafiəçi Georgi Papunaşvili isə xəstə olduğu üçün komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Araz-Naxçıvan” oyununa saat 15:00-da start veriləcək.