Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” komandasında baş məşqçi Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən bu komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulmuş Vüqar Məmmədov (qapıçı məşqçisi) kömək edəcəklər.
Qeyd edək ki, “sarı-göylər” ötən gün Azər Bağırovla mövsümün sonunadək müqavilə imzalayıb. Hansı ki, 41 yaşlı mütəxəssis ötən mövsüm də bu komandaya rəhbərlik etmişdi.
“Kəpəz” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünə uğursuz başlayıb. Komanda geridə qalmış 6 turda keçirdiyi oyunların hamısından məğlubiyyətlə ayrılıb. “Sarı-göylər” hazırda xalsız yeganə komanda olaraq 12 iştirakçı arasında sonuncudurlar.




