Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” heyətinə yeni qapıçı cəlb edib. Arena.az xəbər verir ki, Gəncə klubu Elgün Bayramovu transfer edib.
Bu barədə əyalət təmsilşçisinin mətbuat xidməti məlumat yayıb. Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə müqavilənin müddəti 1.5 illikdir.
Elgün Bayramovun sonuncu klubu MOİK olub. Gənc qolkiper Azərbaycanın aşağı yaş qrupları üzrə yığma komandalarında da çıxış edib.
Bu, “Kəpəz”in qış fasiləsində dördüncü transferidir. Gəncə klubu bundan öncə braziliyalı Juninho Maranhenseni heyətinə qatmışdı. “Sabah” gənc futbolçuları Abdulla Rzayev və İdris İnqilablı isə bu mövsümün sonuna kimi icarəyə götürülüb.