“Kəpəz” fasilə dövründə yoxlama oyunu keçirməyəcək

“Kəpəz” komandası UEFA Millətlər Liqası ilə bağlı Azərbaycan Premyer Liqasında yaranmış fasilədə yoxlama matçı keçirməyəcək.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”la oyundan sonra komandaya 3 günlük istirahət verilib. Gəncə təmsilçisi noyabrın 13-də məşqləri bərpa edəcək.

Xatırladaq ki, “Sabah”la səfər matçı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bu, gəncəlilərin cari mövsümdəki ilk heç-heçəsidir.

“Kəpəz” 13 turdan sonra Azərbaycan Premyer Liqasının yarış cədvəlində 7 xalla sonuncu pillədə qərarlaşıb. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatdakı növbəti oyununu noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. 14-cü turun oyunu Tovuz şəhər stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: