“Kəpəz” Futbol Akademiyası hazırdır – Fotolar

“Kəpəz”in nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib.

Arena.az xəbər verir ki, bu gün baş tutan tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezidentləri Rauf Əliyev, Vaqif Sadıqov, İcraiyyə Komitəsinin digər üzvləri İsgəndər Cavadov, Elmar Məmmədyarov, Fərid Mansurov, Könül Mehtiyeva, baş katib Sərxan Hacıyev və “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri iştirak ediblər.

AFFA rəhbərliyi akademiyada yaradılan şəraitlə tanış olublar.

Qeyd edilib ki, bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub.

“Kəpəz” Futbol Akademiyası aşağıdakı göstəricilərə malikdir:

– Akademiya otaqları: 8 otaq – 52 nəfərlik
– Əsas komanda üçün otaqlar: 16 otaq – 44 nəfərlik
– 1 restoran, 1 mətbəx
– Fitnes, sauna, 4 paltardəyişmə otağı
– Tibb otaqları
– İclas otağı
– Kəpəz PFK əməkdaşları üçün ofis
– İnzibati heyət üçün otaqlar
– İstirahət otağı
– Camaşırxana
– Texniki və xidməti otaqlar