“Kəpəz” İbrahim Qədirzadəni transfer etdi

“Kəpəz” daha bir futbolçunun transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Birinci Divizion təmsilçisi İbrahim Qədirzadə ilə anlaşıb.

Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Gənc müdafiəçi son olaraq Gürcüstanın “Samtrediya” klubunda oynayıb. O, bu ilin fevralında transfer olunduğu qonşu ölkə təmsilçisindən bu yaxınlarda ayrılmışdı.

Qədirzadə daha öncə Azərbaycanda “Qarabağ” və “Neftçi”nin əvəzediciləri komandalarında, həmçinin MOİK-də forma geyinib.

“Kəpəz” bu gün Cavid İmamverdiyevlə də müqavilə imzalandığını açıqlamışdı.