“Kəpəz” Premyer Liqada son 13 ilin rekorduna imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda “İmişli”nin qonağı olan “Kəpəz”in heç-heçəsiz oyunlar seriyası qırılıb.

Arena.az xəbər verir ki, 2025/2026-cı illər mövsümündə ilk dəfə sülhə imza atmış (0:0) Gəncə klubu ötən çempionatın sonunda da 3 matçda bərabərə qalmamışdı.

Qərb təmsilçisinin son heç-heçəsi 2025-ci il mayın 4-də “Neftçi” ilə görüşdə qeydə alınmışdı – 2:2. “Kəpəz”in sonrakı 21 matçında 5 qələbə və 16 məğlubiyyət qeydə alınıb.

281 gündən sonra qırılan bu seriya son 13 ilin rekordudur. Daha uzun heç-heçəsiz seriya sonuncu dəfə 2012/2013-cü illər mövsümünə təsadüf edib. Həmin vaxt “Rəvan” 25 görüşdə “sülh”süz oynamışdı.

Qeyd edək ki, Azərbaycan çempionatının mütləq rekordu 1996/1998-ci illər mövsümündə 51 oyunu heç-heçəsiz bitmiş “Şəfa”ya məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaş: