Azərbaycan Premyer Liqasının 28-ci turunun “Kəpəz” – “Qarabağ” matçı meydan sahiblərinin 1:6 hesablı məğlubiyyəti ilə başa çatdı.
Arena.az Bakıda baş tutmuş bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
28-ci tur
29 mart
“Kəpəz” – “Qarabağ” 1:6
Qollar: Latir Fall, 90 – Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
Sarı vərəqələr: Şakir Seyidov, 43 (qeyri-idman hərəkəti) – Aleksey İsayev, 44 (qeyri-idman hərəkəti). Toral Bayramov, 86 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə yoxdur.
Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 930 tamaşaçı.
Baş hakim: Rauf Cabbarov.
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov.
Dördüncü hakim: Vüqar Həsənli.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov (6. Nemət Musayev, 83), 8. Elmir Tağıyev (99. Əli Səmədov, 76), 88. Şakir Seyidov (91. Latir Fall, 60), 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa (20. Mahir Həsənov, 83), 21. Martins Junior (15. Cavad Kərimov, 76).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov.
Baş məşqçi: Adil Şükürov.
Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev (8. Marko Yankoviç, 77), 27. Toral Bayramov, 90. Nəriman Axundzadə (44. Elvin Cəfərquliyev, 65), 10. Abdullah Zubir (k) (17. Hamidu Keyta, 65), 81. Kevin Medina (13. Bəhlul Mustafazadə, 77), 18. Olavio Juninyo (19. Redon Cica, 83), 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 29. Marko Veşoviç, 11. Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.