Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Gəncə təmsilçisi “Qarabağ”ın yarımmüdafiəçisi Zamiq Əliyevi icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı oyunçunun icarə müddəti bir illikdir.
Zamiq Əliyev “Qarabağ”ın yetirməsidir. O, Ağdam klubunun ikinci komandasının formasını geyinirdi.
“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov və Samir Məhərrəmlini də heyətinə qatmışdı. Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yollarını ayıran Gəncə təmsilçisi, Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla yeni müqavilə bağlayıb.


