“Kəpəz” qış fasiləsində “Qarabağ”la qarşılaşacaq

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in dövrələrarası fasilə dövrü üçün qış hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “sarı-göylər” yanvarın 2-də Gəncədə bir araya gələcəklər. Heyət Məşq Mərkəzində bir həftəlik təlim-məşq toplanışı keçirəcək.

Çempionata hazırlıq müddətində yoxlama oyunları da nəzərdə tutulub. Rəqiblərdən biri artıq məlumdur. “Kəpəz” yanvarın 9-da “Qarabağ” ilə qarşılaşacaq. Matç Bakıda baş tutacaq.