“Kəpəz” futbol üzrə Azərbaycan Premyer Liqanın 3-cü turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la matça itkilərlə çıxacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər.
Belə ki, bu komandanın iki futbolçusu zədəlidir. Məşq prosesində zədələnən yarımmüdafiəçilər – Tural Rzayev ilə Redon Mihana qərb derbisində forma geyinə bilməyəcəklər. Bu futbolçuların müalicə prosesi davam edir.
Bundan əlavə, Elmir Tağıyev də cəzalı durumdadır. O da qərb derbisində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, bu gün Tovuz şəhər stadionunda təşkil olunacaq “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasına saat 18:15-də start veriləcək.