Kərim Benzema “Əl-İttihad”la anlaşıb?

Real”ın artıq sabiq hücumçusu Kərim Benzema karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirə bilər.

Arena.az xəbər verir ki, bu barədə “Əl-Ekharabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, klub prezidenti Anmar Əl-Xayli və müavini Əhməd Kaaki fransız futbolçu ilə görüşüblər. Müqavilənin iki il müddətinə nəzərdə tutulduğu deyilir. Daha əvvəl Benzemanın Səudiyyə Ərəbistanından mövsümə 200 milyon avro məbləğində maaşla təklif aldığı bildirilirdi.

Xatırladaq ki, “Əl-İttihad” Səudiyyə Ərəbistanının çempionudur.
Biq qədər əvvəl “Real” Benzemanın gedişini rəsmən açıqlayıb. Kərim “qaymaqlılar”ın düşərgəsində 14 mövsüm keçirib, 647 oyunda meydana çıxıb, 353 qol vurub. Kərim Benzema “Kral klubu” ilə 25 titul qazanıb.