“Real”ın sabiq hücumçusu Kərim Benzema komandadan ayırlması münasibətilə təşkil edilmiş mətbuat konfransında təsirli çıxışı ilə diqqət çəkib.
Arena.az xəbər verir ki, fransız ulduz jurnalistlərlə görüş zamanı bunları dilə gətirib:
“Mənim üçün danışmaq çətindir. Madrid “Real”ına çox təşəkkür edirəm. Eləcə də, komanda yoldaşlarıma. Arzumu həyata keçirə bildim. “Real”ı heç vaxt unutmayacağam, çünki onlar dünyanın və tarixin ən yaxşı klubudur. “Real” həmişə mənim ailəm olacaq. Həm də azarkeşlərə təşəkkürümü bildirirəm. Hamınıza təşəkkür edirəm!”
Xatırladaq ki, Kərim Benzema 2009-cu ildən “Real”da çıxış edirdi. 35 yaşlı forvard bu müddətdə “Real”ın heyətində 648 oyunda 354 qola imza atıb. Kərim “Kral klubu” ilə 25 titul qazanıb, həmçinin “Qızıl top”a sahib olub.
Mətbuatda yayılan xəbərlərə görə, fransız hücumçu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubundan aldığı sərfəli təklif müqabilində “Real”dan ayrılmaq qərarını verib.