İspaniyanın “Real” klubu hücumçusu Kərim Benzema ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı fransalı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən “Real”da çıxış edir. Fransa millisinin üzvü bu komandada meydana çıxdığı 560 matçda 281 qola imza atıb. Təcrübəli forvard daha öncə Fransanın “Olimpik” (Lion) klubunun uğurları üçün çalışıb. Fransa millisində 87 matç keçirən futbolçu 31 qolla yadda qalıb.