Kabo Verde millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) final mərhələsinə vəsiqəni təmin edib.
Arena.az xəbər verir ki, sözügedən komanda seçmə mərhələnin Afrika zonasının 10-cu turunda Esvatiniyə 3:0 hesabı ilə qalib gəlib.
Bununla da Kabo Verde millisi yer aldığı qrupu 23 xalla lider tamamlayıb. Afrika təmsilçisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Kabo Verde yığması Afrikadan mundiala vəsiqə qazanmış altıncı komanda olub. Bu komandadan əvvəl Afrikadan Mərakeş, Tunis, Misir, Əlcəzair və Qana yığmaları da DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanmışdılar. Bütövlükdə isə Kabo Verde dünya çempionatına vəsiqə qazanan 22-ci komanda olub.
Dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Dünya çempionatının final mərhələsində iştirakı dəqiqləşmiş 22 komandanın siyahısı belədir:
Kanada (ev sahibi)
Meksika (ev sahibi)
ABŞ (ev sahibi)
Yaponiya
Yeni Zelandiya
İran
Argentina
Özbəkistan (debüt)
Cənubi Koreya
İordaniya (debüt)
Avstraliya
Braziliya
Ekvador
Uruqvay
Kolumbiya
Paraqvay
Mərakeş
Tunis
Misir
Əlcəzair
Qana
Kabo Verde (debüt)



