“Kadis” yeni baş məşqçisinin adını açıqladı

İspaniyanın “Kadis” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Serxio Qonsales çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Serxio Qonsales “Kadis”in baş məşqçisi postunda dünən istefaya göndərilən Alvaro Serveranı əvəz edib.

“Kadis” bu mövsüm La Liqada 20 oyuna topladığı 14 xalla 19-cu sırada qərarlaşıb. Komanda çempionatda ötən ilin noyabrından qələbəyə həsrətdir.

Serxio Qonzalesin sonuncu iş yeri “Valyadolid” olub. İspan mütəxəssis 2018-ci ildən çalışdırdığı bu komandadan ötən ilin yayında ayrılmışdı.