Kahim Parris “Dinamo”nu “Sabah”a dəyişdi – Rəsmi

Müqavilə ilə Ukraynanın “Dinamo” (Kiyev) klubuna məxsus olan yamaykalı yarımmüdafiəçi Kahim Parris birdəfəlik “Sabah”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakı təmsilçisi ötən mövsümü icarə əsasında bu komandada çıxış etmiş vingeri birdəfəlik transfer edib. “Sabah”ın bu transfer üçün nə qədər təzminat ödədiyi açıqlanmayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Kahim Parris ötən ilin sentyabr ayının əvvəlində icarə əsasında “Sabah”a keçmişdi. O, ötən mövsüm Azərbaycan klubunun heyətində 31 oyuna çıxıb. Yamaykalı oyunçu bu görüşlərdə cəmi 4 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Parris daha öncə “Koper”, “Krka”, “Dinamo”, “Kavalyer” və “Domjale” kimi klubların da formasını geyinib. O, Yamayka milli komandasında 10 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.

Xatırladaq ki, “Sabah” daha öncə Gedənlər: Davit Volkov (“Zirə”), Kristian Sebalyos, Rauf Rüstəmli (“Şamaxı”, icarə) və Kristian da Silva ilə yollarını ayırmışdı.