Kaltsona “Barselona” ilə heç-heçəni şərh etdi

“Napoli”nin yeni baş məşqçi Françesko Kaltsona Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk oyun (1:1) haqda fikirlərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Bizim çox işimiz var, amma yenə də oyunçularımı bu çıxışa görə təbrik etdim. Mübarizə apardıq, ikinci hissəni yaxşı keçirdik, oyunun son 15 dəqiqəsini isə əla keçirdik.

Komandamızın ruhunu çox bəyəndim. Sonda qalib gələcəyimizə inanırdıq. Oyunun ilk 30 dəqiqəsində bizim üçün çətin olsa da, komanda layiqincə qarşılıq verə bildi. Əvəzedicilərdən də çox razıyam”, deyə Kaltsona bildirib.

Vurğulayaq ki, bu oyun Françesko Kaltsonanın “Napoli”nin sükanı arxasında debütü kimi əlamətdar olub.

Komandalar arasında cavab oyunu martın 12-də keçiriləcək, “Barselona” evdə “Napoli”ni qonaq edəcək.