Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Rumıniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, italyan mütəxəssisin 1:1 hesabıyla bitmiş matç barədə fikirlərini təqdim edir:
“Əldə etdiyimiz tərəqqidən məmnunam. Göstərdiyimiz oyundan şadam. İndi istənilən rəqib çətin olacaq. Biz 1/8 finala çıxdıq, indi 1/4 finalda oynamaq istəyirik. Azarkeşlərimizin xatirinə”, deyə Kaltsona vurğulayıb.
Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “E” qrupunun yarış cədvəlinin yekun mənzərəsi belədir:
Rumıniya – 4 xal
Belçika – 4 xal
Slovakiya – 4 xal
Ukrayna – 4 xal
Rumiya, Belçika və Slovakiya yığmaları 1/8 finala vəsiqə qazanıblar. Ukrayna millisi isə yarışla vidalaşıb.