Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Ukrayna yığması ilə oyunu (1:2) şərh edib.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Çətin oyundur. Bəzi məqamlardan razı qaldım, bəzilərindən daha az. Futbolçuları qınaya bilmərəm. Birinci hissə sadəcə əla keçdi. Ancaq Ukrayna yığmasının səviyyəli komandası var. FIFA reytinqində bizdən 20 pillə irəlidədir. Mübarizəmizi davam etdiririk və qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik.
Birinci hissədə çox güc-qüvvət sərf etdik. Çoxlu imkanlar da yaratdıq. 30 dəqiqə bizi narahat etdilər, amma biz bunu gözləyirdik. Bu komanda böyük hörmətə layiqdir. Son vaxtlara qədər belə komandalarla rəqabət apara biləcəyimizi heç düşünmürdük”, deyə Kaltsona vurğulayıb.
2-ci turdan sonra “E” qrupunda mənzərə belədir:
- Rumıniya – 3 xal (1 oyun)
- Ukrayna – 3 xal (2 oyun)
- Slovakiya – 3 xal (2 oyun)
- Belçika – 0 (1 oyun)