Kaltsona “Yuventus” üzərində qələbə haqda danışdı

“Napoli”nin baş məşqçsi Françesko Kaltsona A Seriyasının 27-ci turunda “eşşəkciklər”in “Yuventus” üzərində qələbəsini (2:1) şərh edib.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz düzgün yoldayıq. Qələbəyə çox şadam, yaxşılaşmaq istəyən komanda gördüm, amma hələ görəcəyimiz çox şey var. Komanda bu oyunda qalib gəlməklə yüksək mövqelərə çıxmaq istədiyinin siqnalını verdi.

Təkmilləşmək istəyən vahid komanda gördüyümə görə çox şadam. Əgər qalib gəlsəniz, bu, sizdə inkişaf etmək və yenidən qazanmaq arzusunu daha da artırır”, deyə Kaltsona vurğulayıb.

27 turdan sonra “Yuventus” A Seriyasının yarış cədvəlində 57 xalla 2-ci, “Napoli” isə 43 xalla 7-ci pillədə qərarlaşıb. A Seriyasına 26 oyundan 69 xalla “İnter” başçılıq edir.