Azərbaycanlı hakim Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, azərbaycanlı FİFA referisi AÇ-nin seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.
Kamal Umudlu oktyabrın 23-də İsveçrə – Moldova matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək. O, oktyabrın 26-da İsveçrə – Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində də baş hakim olacaq. Digər azərbaycanlı hakim Vüsal Məmmədov isə bu qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.