Kamerun hökuməti ölkənin futbol üzrə milli komandasına Rusiya yığması ilə iyunda baş tutması gözlənilən yoldaşlıq oyununu qadağan edib.
Arena.az xəbər verir ki, bu haqda “Sport-ekspress” dərgisi məlumat yayıb.
İyunun 15-də Moskvanın “Lujniki” stadionunda beynəlxalq yoldaşlıq görüşü səviyyəsində bu iki ölkənin yığma komandasının üz-üzə gəlməsi planlaşdırılmışdı.
Xatırladaq ki, Rusiya və Kamerun yığmaları buna qədər iki dəfə üz-üzə gəliblər. DÇ-1994-də Rusiya yığması afrikalıları 6:1 hesabı ilə darmadağın edib. 2011-ci ildə keçirilmiş yoldaşlıq oyunu isə sülhlə başa çatıb – 1:1.
Xatırladaq ki, Rusiya Federasiyasının 2002-ci ilin fevralında Ukraynaya hərbi təcavüzü səbəbilə Rusiya yığması və klubları beynəlxalq turnirlərdə iştirak hüququndan məhrum ediliblər.