Kamran Əliyev 69 dəqiqə, “Arsenal” səfərdə uduzdu

Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 10-cu turu çərçivəsində baş tutan “Kuban”la matçın iştirakçısı olub.

“Arsenal” səfərdə baş tutan bu qarşılaşmadan məğlubiyyətlə ayrılıb – 1:2. Hər hissədə bir qol buraxan Tula təmsilçisi yalnız 53-cü dəqiqədə vurduğu penalti qolu ilə təsəlli tapıb.

Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və 69-cu dəqiqədə əvəzlənib.

“Arsenal” 10 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.