Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 3-cü turu çərçivəsində baş tutan Tolyatti “Akron”u ilə matçın iştirakçısı olub.
Tulada baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. İlk yarıda məğlub duruma düşən “Arsenal” 57-ci dəqiqədə bərabərlik qolunu vurmağı bacarsa da, bundan artığına gücü çatmayıb.
Kamran Əliyev bu matçın 46-cı dəqiqəsində meydana buraxılıb və sonadək oynayıb.
İlk xal itkisi ilə üzləşən “Arsenal” 3 turdan sonra 7 xalla zirvədə qərarlaşıb.