Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubunun heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Rusiya Birinci Liqasının 20-ci turu çərçivəsində baş tutan “Baltika” ilə matçın iştirakçısı olub.
Tula təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb və 0:5 hesablı məğlubiyyətə üzülüb. Kamran Əliyev bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb.
“Arsenal” 20 turdan sonra 32 xalla 6-cı pillədə qərarlaşıb.