Kamran Əliyev üçün 69 dəqiqə və 3 xal

Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 8-ci turu çərçivəsində baş tutan “Ufa” ilə matçın iştirakçısı olub.

“Arsenal” səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 2:0.

Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və 69-cu dəqiqədə əvəzlənib.

“Arsenal” 8 turdan sonra 13 xalla 4-cü pillədə qərarlaşıb.