Kante “Çelsi”ni “Əl-Nəsr”ə dəyişir

Çelsi”nin fransız yarımmüdafiəçisi N’Qolo Kante Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo ilə komanda yoldaşı ola bilər.

Arena.az xəbər verir ki, Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanın “Əl-Nəsr” klubu Kanteni transfer etmək niyyətindədir.

İtalyan jurnalist-insayder Fabrisio Romanonun iddiasına görə, Kantenin özü “Çelsi”də qalmaq istəsə də, tərəflər son iki ay ərzində bu xüsusda heç bir danışıq aparmayıblar. Üstəlik “zadəganlar” onunla müavilənin uzadılmasına fasilə veriblər.

“Əl-Nəsr”in “zadəganlar”ın 32 yaşlı təcrübəli yarımmüdafiəçisinin transferi üçün çoxlu pul xərcləməyə hazır olduğu vurğulanır.

2022/2023 mövsümündə Kante “Çelsi”nin heyətində 9 oyun keçirib və bir məhsuldar ötürmə edib. Fransız yarımmüdafiəçi bud nahiyəsindən aldığı zədə səbəbilə mövsümün böyük qismini yaşıl meydanlardan kənarda keçirib.

Kantenin London klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatır. “Transfermarkt” internet-portalı Kanteni 20 milyon avro məbləğində dəyərləndirir.

Daha əvvəl fransız futbolçu ilə ilə Səudiyyə Ərəbistanının adı çəkilməyən digər bir klubunun da maraqlandığı haqda məlumat yayılmışdı.