Məşhur italyan mütəxəssis Fabio Kapello İtaliya yığmasının 2024-cü il Avropa çempionatına hazırlıq səviyyəsi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Fəaliyyətlərin tezliyi hələ də bu yarışın səviyyəsinə uyğun gəlmir. Albaniya yığması ilə debüt oyunu ərəfəsində tezliyi artırmaq vacibdir, çünki yoldaşlıq oyunlarından sonra italyanlar AÇ-2024-də daha da hərəki rəqiblərlə qarşılaşacaqlar. Bizə cəsur İtaliya gərəkdir.
Komanda yarışı qazanmağa qadirdirmi? Spaletti AÇ-2024-ə uğurla vəsiqə qazanıb və öz fikirlərini komandaya aşılamağa çalışıb. Əgər oyunçular onun ətrafında toplaşsalar və daha cəsarətli olsalar, o zaman biz bu barədə hətta xəyal edə bilərik”, deyə Kapello vurğulayıb.
2024-cü il Avropa çempionatının final mərhələsi Almaniyada keçiriləcək və düz bir ay – iyunun 14-dən iyulun 14-dək davam edəcək. Yarışın oyunlarına Almaniyanın 10 şəhərinin 10 stadionu ev sahibliyi edəcək.
Yarışda İtaliya yığması İspaniya, Xorvatiya və Albaniya yığmalarının yer aldığı “B” qrupunda mübarizə aparacaq.