Məşhur italyan mütəxəssis Fabio Kapello uğursuzluqalar zolağında çapalayan “Milan”a dair fikrini açıqlayıb.
Arena.az “pianetamilan.it” dərgisinə istinadən məlumat verir ki, Kapello “Milan”ın yerli italyan oyunçulara və baş məşqçiyə ehtiyacı olduğu qənaətindədir:
“Bir “İnter”ə baxın, orada italyan oyunçuların bütov bir dəstəsi var. “Napoli”yə də göz yetirin, orada da eyni mənzərədir, itlyan oyunçuların güclü dəstəsi, bizim, öz yetirmələrimiz olan oyunçular. Skudetto uğrunda Simone İnzaqi və Antonio Konte mübarizə aparırlar, italyan mütəxəssislər. Mən düşünürəm ki, bu, təsadüfi deyil. “Milan” səmtini bu istiqamətə çevirməlidir”, deyə təcrübəli mütəxəssis vurğulayıb.
30 oyundan 47 xal toplamış “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Rossoneri” növbəti mövsümə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparsa da, hazırkı çıxışı mənzərəsində “Milan”ın buna müvəffəq ola bilməyəcəyini əminliklə söyləmək olar.